Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

16 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı

27.11.2025 22:30 699
16 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı
""Tibbi sığorta haqqında" qanuna edilmiş müvafiq dəyişikliklərdən sonra artıq qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcəklər. Əmək müqaviləsi, VÖEN-i olmadan fəaliyyət göstərən, kənd təsərrüfatında qeydiyyatsız olaraq çalışaraq gəlir əldə edən şəxslər qeyri-formal məşğul şəxslər hesab olunurlar".

Bunu "Unikal"a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, bu şəxslər ya öz əmək fəaliyyətlərini leqallaşdırmalı və yaxud qeyri-formal məşğul şəxslər kimi icbari tibbi sığorta haqqını özləri ödəməlidirlər:

"İcbari tibbi sığorta haqqı ödəniləcək məbləğ aylıq təxminən 16 manatdır. Hər ayın müəyyən edilmiş günündə icbari tibbi sığorta haqqı olan 16 manat ödənilməlidir. Zamanında ödənilmədikdə 10% cərimə nəzərdə tutulub. Burada məqsəd həm əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq, həm də gəlir əldə edən şəxslərin ödənişlərinin özləri tərəfindən həyata keçirilməsini tənzimləməkdən ibarətdir. Burada işsiz kimi qeydiyyatda olan şəxslər istisnadır. Yəni, gəlir əldə etməyən, işsiz olan və müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxsin icbari tibbi sığorta haqqı yenə də dövlət tərəfindən ödənilir".

Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Fonduna dövlət tərəfindən bir çox əhali qrupunun icbari tibbi sığorta haqları ödənilir: "18 yaşa qədər olan uşaqlar, 23 yaşa qədər bakalavr təhsili alan tələbələr, sağlamlıq imkanları məhdud olan şəxslər və bütün növ pensiya, müvaniət alan şəxslərin hər biri dövlət tərəfindən sığorta olunmuş sayılır. Bu şəxslərin sığorta ödənişləri dövlət büdcəsinin vəsaitləri hesabına İcbari Tibbi Sığorta Fonduna ödənilir. Bunun üçün Azərbaycan Respublikasının dövlət büdcəsində vəsait nəzərdə tutulub. Qeyri-formal məşğul şəxslər İcbari Tibbi Sığorta Fonduna ödənişi könüllü edir. Ödəniş etmədikdə İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına sığorta olunmuş hesab olunmur. Buna görə tibbi xidmətləri icbari tibbi sığorta hesabına deyil, öz vəsaiti hesabına alır".

Son xəbərlər