Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? |
Mojo.az Avto
Mojo.az Avto

Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (Video)

27.11.2025 23:01 528
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (Video)
Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətdə qoyub. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.

Sakinlər problemlə bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar deyirlər ki, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də qalır.

Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda da çayın kənarları uçaraq evlərə yaxınlaşır.

Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.

Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub, işlər aparılır.

Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Son xəbərlər