Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar |
Mojo.az Avto
Mojo.az Avto

Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb

15.11.2025 21:06 1 017
Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb
Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.

Median.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır. Sakinlər bildirirlər ki, bəzi torpaq sahələri tamamilə itirilib və bir neçə fərdi təsərrüfat uçqun riski ilə üz-üzədir.

Bildirilir ki, çayın istiqamətinin dəyişməsinə səbəb burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər