Mojo.az Banner
17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO

17.06.2021 21:41 1 755
DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən “Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əlaqədar Yasamal Rayon 29-cu Polis Şöbəsində araşdırma aparılıb:

“Müəyyən olunub ki, həmin dava iyunun 15-də, gecə saat 23:00 radələrində baş verib.

Onu da qeyd edək ki, orada heç bir kütləvi davadan söhbət gedə bilməz. İki nəfər mübahisə edib, binada yaşayan bəzi qonşular isə onları sakitləşdirmək üçün aşağı düşüb.

Həyata keçirilən tədbirlərlə həmin şəxslərin hər ikisinin şəxsiyyəti dəqiqləşdirilib. Onlardan biri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir, qısa zamanda həmin şəxsin saxlanılması da təmin ediləcək. Müvafiq araşdırmalar aparılır”.скачать dle 11.3
Mojo.az Banner