Mojo.az Banner
17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |     16:30 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər  |     16:28 Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq  |     16:27 Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi  |     15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov: "Ermənistanın sərhədlə bağlı KTMT-ya müraciətinin heç bir əsası yoxdur"

15.05.2021 18:33 2 439
Ceyhun Bayramov:
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı, bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll ediıməli olduğunu vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner