Mojo.az Banner
22:28 Bakı-Tiflis-Bakı qatarı açılır: Regionların turizm potensialı necə dəyişəcək?  |     22:24 Əli Əsədovdan dəmir yolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR  |     22:16 BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR  |     22:10 Bakıdan qayıdan müğənni reanimasiyaya yerləşdirildi  |     22:02 Hoteldə qadın kişi müştərisinin 34 minlik “Rolex” markalı saatını oğurladı  |     21:54 Ağdamda İşğal və Zəfər Muzeyləri kompleksi inşa olunacaq  |     21:17 Xəzər dənizində zəlzələ olub  |     21:08 Qardaşını bıçaqlayan şəxsə hökm oxundu  |     21:03 Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı - Məhkəmə işi  |     20:56 Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA  |     20:51 Ukraynada prezident seçkiləri bu vaxt keçirilə bilər  |     20:42 "Ebola virusundan 139 nəfər ölüb" - ÜST  |     20:37 Sabah 27° isti olacaq  |     20:29 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     20:24 Azərbaycanda 35 nəqliyyat vasitəsi özəlləşdirildi  |     20:16 Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video  |     20:10 Sahibə Qafarova Rusiyaya getdi  |     20:02 Dünyanın ən güclü hava qüvvələri açıqlandı (SİYAHI)  |     19:57 Azərbaycan xaricə nə qədər qaz satıb?  |     19:49 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alır?  |    
Left Banner
Right Banner

Azərbaycan XİN bəyənat yaydı: Ermənistana təşvişə düşməməyi tövsiyə edirik

13.05.2021 22:24 810
Azərbaycan XİN bəyənat yaydı: Ermənistana təşvişə düşməməyi tövsiyə edirik
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır.скачать dle 11.3
Mojo.az Banner