Mojo.az Banner
22:58 Şəhriyar və Teymur milyonlar qazanıb - siyahı  |     22:51 Bakıda daha bir bina sökülür: kompensasiya məbləği açıqlandı  |     22:45 ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi  |     22:40 Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi  |     22:40 Leyla Əliyeva Qusarda Rəmixanovların ailəsinin mətbəxindən video paylaşdı - VİDEO  |     22:35 İranda internet bağlantısında problemlər qeydə alınır  |     22:32 ABŞ 39 ölkənin vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edir  |     22:26 16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı  |     22:20 Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək  |     22:12 Ağcabədidə meşədə çobanın meyiti tapılıb  |     22:04 Sahil Babayevə yeni müavin təyin olunub  |     21:58 Maduronun Putinə yazdığı məktubda ondan nələr tələb etdiyi açıqlanıb  |     21:50 Yumurta niyə bahalaşır? - AÇIQLAMA  |     21:42 Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq  |     21:36 Goranboyda avtomobil piyadanı vuraraq öldürüb  |     21:28 Rusiya “İsgəndər”ləri İŞƏ SALDI - Zelenskinin doğma şəhərini VURDU  |     21:20 Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı  |     21:12 Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi  |     21:05 İranda etirazçılar Abbas məqbərəsini yandırdılar  |     20:55 Putin bu şəxsi əfv etdi  |    
Left Banner
Right Banner

Yalnız bu hallarda ana südü vermək olmaz - Pediatr açıqladı

28.04.2021 23:55 666
Yalnız bu hallarda ana südü vermək olmaz - Pediatr açıqladı
"Yağlı və ya yağsız, duzlu, yaxud duzsuz, kalorili-kalorisiz, mikroblu-mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərə görə neçə-neçə uşaq boş yerə bu nemətdən məhrum olur. Onsuz da psixologiyası gərgin olan, yeni ana olmuş qadınlara kənardan belə mənfi fikirlərlə təzyiq göstərməkdənsə, öz övladına bu dəyərli neməti verə bilməsi üçün onlara mənəvi dəstək olmaq lazımdır".

Median.Az
xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə ana südü barədə paylaşım edib.

Həkim bildirib ki, yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:

- Anada HİV infeksiyası (QİÇS) varsa;
- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
- Aktiv vərəm (müvəqqəti) varsa;
- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
- Süd vəzi absesi olan ana (müvəqqəti);
- Şizofreniyalı ana (övladına zərər verə bilər).

Ən çox sual doğuran digər məqamlar

- Mənfi rezuslu ana süd verə bilər;
- Mastitli (süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana (əksinə bol-bol əmizdirməlidir);
- Qızdırmalı ana süd verə bilər;
- Hamilə ana (obstetrik risk daşımırsa) övladına süd verə bilər;
- Hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa, əmizdirə bilər;
- Koronaviruslu ana antiseptik qaydalara əməl etməklə, maska ilə körpəni əmizdirə bilər.

Əgər ana çox narahatdırsa, südü sağıb məsafədən yedizdirə bilər. Koronavirus uşağa südlə keçmir. Bu virus hava-damcı yolu ilə keçdiyinə görə tövsiyələri nəzərə alaraq yenə də analar körpələrini öz südü ilə bəsləməyə davam edə bilər.

"Ana südü körpə üçün çox vacib bir qidadır. Bu süd ilə qidalandırılan uşaqların immuniteti möhkəm olur. Ana südü yeyən, amma tez-tez xəstələnən uşaqlar isə əmizdirilməmiş olsaydı, hər xəstəliyi daha fəsadlı keçirə bilərdi. Ana südü təbii və ən möhkəm peyvənddir. Uşaqları ana südündən və peyvənddən məhrum etməyin", - deyə həkim əlavə edib. /medicina.azскачать dle 11.3