Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərin ərazilərimizdəki dağıntıları Kolumbiya mətbuatında

28.04.2021 13:56 804
Ermənilərin ərazilərimizdəki dağıntıları Kolumbiya mətbuatında
Kolumbiyanın nüfuzlu rəqəmsal kütləvi informasiya vasitəəsi “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın azad olunmuş ərazilərində 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən törədilmiş kütləvi dağınıtılar və YUNESKO-nun erməni vandalizminə laqeyd yanaşmasından bəhs edən “YUNESKO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, yazıda Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistanın mədəni soyqırımı törətdiyi, ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv etdiyi bildirilir və bu hərəkətlərin insanlıq əleyhinə cinayət olduğu vurğulanır. Ermənistanın bu addımlarla “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında" 1992-ci il Avropa Konvensiyası və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1992-ci il Konvensiyasını kobud şəkildə pozduğu, bütün bunların müqabilində isə bu günədək cəzasız qaldığı qeyd olunur.

YUNESKO-nun beynəlxalq təşkilat olaraq rolunun dünyada tarixi-mədəni və dini abidələrin qorunması olduğu halda, Ermənistanın ötən ilin sonlarınadək işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizmə heç bir münasibət bildirmədiyi, bu müddət ərzində bir dəfə də bu ərazilərə müşahidə missiyası təşkil etmədiyi söylənilir və bu təşkilatın erməni vandalizmi qarşısında səssiz qalmasının təəccüb və hiddət doğurduğu deyilir.

Məqalədə həmçinin Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində dağıntıya məruz qalmış abidələrin bərpası ilə yanaşı, ölkə xaricində də tarixi-mədəni irsin mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi, bu xüsusda Vatikanda Müqəddəs Marçellinio, Pietro və Sebastian katakombalarının bərpası, eləcə də Notr-Dam kilsəsinin təmiri kimi önəmli töhfələrə imza atdığı, elmi-mədəni layihələrin həyata keçirilməsi üçün YUNESKO-ya maliyyə yardımları göstərdiyi, müsbət fəaliyyətin Latın Amerikası regionunda da təzahür etdiyi, bu çərçivədə 2017-ci ildə Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı layihə çərçivəsində təlim seminarlarının keçirilməsini maliyyələşdirdiyi məlumat verilir.

Sonda YUNESKO-nun təşkilatdaxili siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi sual edilir, qurumun təyinatına uyğun olaraq davranmalı olduğu, qeyri-siyasi və tərəfsiz mövqe tutması gərəkdiyi, bu kimi vandalizm hallarına göz yummamalı və tarixi-mədəni irslərin mühafizəsi işinə sadiq qalmalı olduğu deyilir.скачать dle 11.3
Mojo.az Banner