Mojo.az Banner
21:42 Restoranlarda qiymət artımı davam edəcəkmi? – Ekspert proqnozu  |     21:29 Azərbaycanda elektron ödənişlərin yayılması hansı nəticələrə gətirir?  |     21:19 Bakıda böyük təhlükə: Kanalizasiya sistemi şəhərin yükünü daşımır – ÇIXIŞ YOLLARI NƏLƏRDİR?  |     20:48 Xoşqədəm “Səni axtarıram”ı yeni kanala köçürdü - Video  |     20:43 Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib  |     20:34 Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var  |     20:29 Ermənistan rusiyalı müşahidəçilərı akkreditasiya verməyib - Zaxarova  |     20:23 Azərbaycanda inflyasiya azalacaq - PROQNOZ  |     20:15 İsmayıllıda avtomobil çaya aşıb, 5 nəfər xilas edilib  |     20:10 Yumurta yemək bu xəstəliyə tutulma riskini azaldır - ARAŞDIRMA  |     20:03 Siqaret yaddaşı zəiflədir - Alimlərdən İNANILMAZ NƏTİCƏ  |     19:58 Dünyada yeni trend: "Səssiz məzuniyyət" nədir?  |     19:44 Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? - Alimlərin cavabı  |     19:35 Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı  |     19:30 İspaniyada anomal istilər 36 nəfərin həyatına son qoydu  |     19:22 Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər  |     19:15 Bakıdan bölgələrə daşınan sərnişin sayı açıqlandı  |     19:09 Pakistan XİN Azərbaycanı təbrik edib  |     19:01 Bayramda ət istehlakı 150 ​​qramdan çox olmamalıdır - Nələri bilməliyik?  |     18:52 Uşaqlarda autizm valideynlərin zehni sağlamlığı ilə əlaqəlidir - Araşdırma  |    
Left Banner
Right Banner

YUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir - VİDEO

06.11.2020 19:32 1 398
YUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir - VİDEO
İşğaldan azad edilmiş rayonlarımızın dini ibadətgahlarının - məscidlərin, mədrəsələrin, türbələrin erməni vandalizmi tərəfindən pis vəziyyətə salınmasına dəfələrlə rast gəlmişik.

Bu yaxınlarda həmin mənzərəni işğaldan azad olunmuş Zəngilan rayonundakı məscidlərdən birində müşahidə etmişdik.

Elə oxşar mənzərə Qubadlının Məmər kəndində də var. Oktyabrın 30-da işğaldan azad edildiyi açıqlanmış bu kəndin tarixi məscidi də erməni vandalizminin qurbanı olub. Burda da İslam dininə hörmətsizlik edilib, bu torpaqlardan bir daha çıxmayacaqlarmış kimi həmin məsciddə müsəlmanlar üçün Allahın haram buyurduğu donuz saxlanılıb.

Məlumat üçün bildirək ki, bu məscid dini ibadətgah olmaqla bərabər, həm də tarixi kompleksdir. Çünki məscidin üç əsrlik yaşı var. XVIII əsrdə inşa olunmuş Məmər məscidi ateist baxışları dəstəkləyən sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirib. Lakin videodan da göründüyü kimi, Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılıb və donuz tövləsinə çevrilib.

Bu abidənin dini məscid və dini kompleks olduğunu nəzərə alsaq, təhsil məsələləri üzrə İslam təşkilatı olan İSESKO, həmçinin mədəni irs nümunəsi olduğunu nəzərə alsaq, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO (UNESCO) məlumatlandırılmalıdır. Qoy, lazımi orqanlar vasitəsilə beynəlxalq ictimaiyyət bir daha ermənilərin vandalizminə, öz dinlərindən başqa dinlərə hörmət qoymadıqlarının şahidi olsunlar.

Xüsusilə diqqətə çatdıraq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir.
скачать dle 11.3
Mojo.az Banner