Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT

28.04.2021 12:41 783
TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT
“Bu gün bir çox insan COVID-19-la əlaqəli inkubasyon dövrdəkiləri sağlam şəxs kimi qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslərdə koronavirusa yoluxma halı baş verib, sadəcə kliniki simptomlar hələ ortaya çıxmayıb. Yəni həmin insan xəstəliyi yaya bilir”.

Median.Az
“Report”a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, inkubasyon şəraitdə müalicə alan şəxslər kliniki sağlam olsalar da, xəstəliyi ötürə bilirlər.

Y.Qarayeva əlavə edib ki, onlayn rejimdə işləyən iş yerlərindəki ixtisaslar üzrə çalışanlar arasında yoluxma riski adətən aşağı olur:

“Hər zaman qeyd edilən qızıl qaydalar eynidir və buna mütləq əməl edilməlidir. Bəzən böyük şirkətlərdə qoruyucu tədbirlərə ciddi əməl edilsə də, yemək yeyən vaxt istər-istəməz maska çıxarılır və yoluxma təhlükəsi meydana çıxır. Ona görə də böyük şirkətlər bu məsələni tənzimləyə bilərlər. Bəzi obyektlərdə işçilərə məcburi əlcək taxdırılır. Əlcəkdən düzgün istifadə edilməməsi zamanı yoluxma sayı arta bilər. Bunun əvəzinə əl gigiyenasına əməl edilsin. İnsanların işə 15 dəqiqə fərqlə gəlməsi təmin edilsə, ictimai nəqliyyatlarda olan sıxlığı da aradan qaldırmaq mümkün ola bilər”.скачать dle 11.3
Mojo.az Banner