Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Vaksinasiyadan sonra da maska taxılmalıdır" - TƏBİB rəsmisi

08.01.2021 20:19 1 299
Yeni növ koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizə gətiriləcək peyvəndlərə böyük ümidlər bəslənilir. Lakin peyvəndlərin gətirilməsi və onun vaksinasiyasının başlanılması heç də arxayınçılıq üçün əsas vermir.

Median.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, peyvəndin vurulması orqanizmdə immunitetin inkişaf etməyə başlaması deməkdir.

"Birinci doza vurulandan 14-21 gün sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra virusa qarşı orqanizmdə yaranan anticisimlərin əmələ gəlməsini gözləmək lazımdır. Lakin bununla birlikdə vaksinasiya prosesindən bir müddət sonra da tibbi maska taxılmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydaya əməl olunmalıdır, çünki ikinci doza alınana qədər, daha dəqiq desək, immunitet yaranana qədər təhlükənin sovuşmasına bel bağlamaq olmaz. Orqanizmdə infeksiyaya qarşı immunitet yaranana qədər gözləmək və qaydalara əməl etmək lazımdır”, - deyə TƏBİB rəsmisi qeyd edib.//qaynarinfoскачать dle 11.3
Mojo.az Banner