Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərin 3-cü doza vaksin vurdurması məsləhətdir - TƏBİB

20.08.2021 13:40 750
Bu şəxslərin 3-cü doza vaksin vurdurması məsləhətdir - TƏBİB
Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunanların xəstəliyi ağır keçirməsinə səbəb onlarda yanaşı xroniki xəstəliklərin və ya onkoloji xəstəliklərin mövcudluğudur. Ümumiyyətlə immunitetin yaranması individual prosesdir. Peyvənd olunan xəstələr arasında baş verən ağırlaşmaların səbəbləri ciddi şəkildə araşdırılır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bir sıra ölkələrdə 3-cü doza vaksinasiya təcrübəsi var: "3-cü doza peyvənd orqanizmin xəstəliyə qarşı əldə etdiyi immuniteti gücləndirir. Xüsusən yaşlı insanlar və tibb işçilərinin vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçdikdən sonra əlavə 1 doza da peyvənd vurdurmaları məsləhətdir".

Y.Qarayeva, həmçinin deyib ki, Azərbaycanda infeksiyaya yoluxanlar arasında təkrar yoluxma faktı az hallarda qeydə alınır: "Təkrar yoluxmalar mütləq şəkildə qeydiyyata alınır".

Qeyd edək ki, bu ilin mart ayından etibarən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır. Həmçinin süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir. COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb.скачать dle 11.3
Mojo.az Banner