Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda fırıldaqçılıq - Bu yolla bütün pulunuzu oğurlaya bilərlər - VİDEO

28.04.2021 12:36 1 191
Azərbaycanda fırıldaqçılıq - Bu yolla bütün pulunuzu oğurlaya bilərlər - VİDEO
"Azərpoçt"un saxta saytı yaradılıb.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş bir müddət öncə geyim satışı üçün şəkillərini nömrəsi ilə bərabər onlayn alqı-satqı səhifəsinə yerləşdirib. Dünən axşam saatlarında kiberdələduz alıcı qismində Qırğızıstana məxsus saxta nömrə ilə "WhatsApp"dan vətəndaşa yazıb. O, məhsulu almaq istədiyini bildirib.

Ödənişin həyata keçirilməsi üçün "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyib.

Vətəndaş bildirib ki, son zamanlar dostları da tez-tez bu halla qarşılaşırlar. "Azərpoçt" MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov vətəndaşlar tərəfindən bu problemlə bağlı müraciətlərin artdığını bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Həmçinin Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.

Son xəbərlər