Mojo.az Banner
22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Biz cəmiyyətin əxlaqını pozuruq” – Hüseynbala Mirələmov danışdı

27.04.2021 11:46 1 236
“Biz cəmiyyətin əxlaqını pozuruq” – Hüseynbala Mirələmov danışdı
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edildi.

Median.Az xəbər verir ki, sözügedən video ilə bağlı sabiq millət vəkili müsahibə verib:

- Hüseynbala müəllim, necəsiniz?

- Babatam

- Məlum video ilə bağlı nə deyə bilərsiniz?

- Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

- Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri "Facebook"da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım".

- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır. (Unikal.org)скачать dle 11.3
Mojo.az Banner