Mojo.az Banner
18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Hüseynbala Mirələmovun videosunu kim yaydı? - AÇIQLAMA

22.04.2021 22:09 1 230
Hüseynbala Mirələmovun videosunu kim yaydı? - AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

Qeyd edək ki, Hüseynbala Mirələmov bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsini tuturdu. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı Hüseynbala Mirələmovun kabinetində çəkildiyi bildirilir.

Hadisə sosial şəbəkələlərdə geniş müzakirəyə səbəb olub.

Bəs bu video internetə necə düşüb, onu yayan təşkilatçılar kimlərdi?

Median.Az xəbər verir ki, olayla bağlı Modern.az-a danışan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir:

Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində "görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü" kimi suallar yaranır.

Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməlidir.

Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir".

Baş redaktor bildirib ki, o bu tip videoların yayılmasını qəti şəkildə pisləyir:
"Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar".скачать dle 11.3
Mojo.az Banner