Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? |
Mojo.az Avto
Mojo.az Avto

Sabir Rüstəmxanlı Mirələmovun etdiyini “xırda şey” ADLANDIRDI

22.04.2021 21:38 1 699
Sabir Rüstəmxanlı Mirələmovun etdiyini “xırda şey” ADLANDIRDI
Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. Görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib. Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu hadisənin mediada işıqlandırılmasının yanlış olduğunu bildirdi: “Bu görüntüləri yaymaq xəstə şüurun, anormal psxioloji durumun məhsuludur. Hüseynbala Mirələmov bizim çox hörmətli ziyalılarımızdan biridir. Yaxşı yazıçıdır, tanınmış şəxsdir. Bu qədər zəhmətə hörmət etməyib, xırda şeyi yaymaq nə dərəcə doğrudur? Hüseynbala Mirələmovun hərəkəti normal deyil, ancaq yayılması on qat anormal hərəkətdir və ayıbdır”.

Son xəbərlər