Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan nə vaxt turist qəbul edəcək? - VİDEO

24.04.2021 22:28 1 068
Azərbaycan nə vaxt turist qəbul edəcək? - VİDEO
Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri turizm sektorudur. Qadağalar dünya miqyasında inkişaf etmiş ölkələrin belə kəskin gəlirlərinin aşağı düşməsinə səbəb olub. Mənfi dalğa ölkəmizdən də yan keçməyib. Bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında 4.4 dəfə azalma olub. Bəzi ölkələr yeni mövsümdə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır. Mütəxəsislərin fikrincə , Azərbaycan da bəzi ölkələrlə sərhədlərini açmalı və turistləri qəbul etməlidir. Əksa halda turizm sektorunda müşahidə edilən çöküş daha da qabarıq şəkildə özünü büruzə verəcək.

Bu ilin birinci rübündə də ölkəmizə 117 min əcnəbi gəlib .Bu ötən illə müqayisədə bir neçə dəfə azdır.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər. COVID- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə yeni turizm mövsümünün başlanmasına az zaman qalmış ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac olduğu bildirilir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə,bir sıra avropa ölkələri pandmeiyaya baxmayaraq sərhədlərini turistlər üçün açıb.Hətta yoluxma sayı yüksək olan ölkələr də neqativ test cavabı olan turistləri ölkəyə buraxır.

Millət vəkilinin sözlərinə görə,ölkəmizdə də bu addımların atılmasın ehtiyac var. Yoluxma sayının stabil olması və vaksinasiyanın sürətli aparılması buna imkan verir.

Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.(xəzərxəbər)скачать dle 11.3
Mojo.az Banner