Bakı sakini əsassız iddialarla mənzilindən çıxmaq istəmir, tikinti işləri gecikir - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |     22:41 Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq  |     22:34 Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb  |     22:28 Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb  |     22:20 Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə  |     22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |    

Bakı sakini əsassız iddialarla mənzilindən çıxmaq istəmir, tikinti işləri gecikir - RƏSMİ

Nərimanov Rayon İcra Hakimiyyətindən Ceyhun Hacıbəyli küçəsində gecə saatlarında vətəndaşın evindən çıxarılması ilə bağlı yayılan iddialara münasibət bildirilib.

İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə “Report”a bildirib ki, uzun müddət öncə inşa edilən, istismar müddəti bitən, dörd mərtəbəli qeyd edilən həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən 2018-ci ildə rəy verilib.

Onun sözlərinə görə, həmin ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırki tarixə şirkət tərəfindən qarşılqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb: “Reallığa uyğun olmayan, astronomik şərtlər tələb edərək köçməyən yeganə sakin Alim Məmmədovdur. Ona məxsus mənzilin mövcud sahəsi 140 kvadrat metr təşkil edir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kvadrat metr ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub, lakin onun tərəfindən əsassız olaraq heç bir ölçü meyarına uyğun olmadan 185 kvadrat metrlik və 95 kvadrat metrlik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100 min manat məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600 min manat olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülüb”.

“Vətəndaş Alim Məmmədovun absurd tələbləri səbəbindən köçürülməməsi məqsədli şəkildə tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Belə ki, müqavilə şərtləri ilə kirayə haqları ödənilərək iki ildən artıqdır ki, kirayədə yaşayan bina sakinləri köçmək istəməyən bir nəfərə görə tikinti işlərinin gecikməsinə, həmin ailələrin mənzil hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə RİH-ə, şirkətə və digər dövlət qurumlarına müraciət ediblər.

Buna baxmayaraq tikinti şirkətinə RİH tərəfindən sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb, vətəndaşla yaranan mübahisəli məsələ həll edildikdən sonra tikinti işlərinə başlamağın mümkün olduğu “N-TURAN” MMC-yə bildirilib”- deyə İH-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 24.04.21 15:21