Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı |
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə müzakirələr aparıb

23.04.2021 21:06 1 188
Hikmət Hacıyev Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə müzakirələr aparıb
Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə onlayn məsləhətləşmələr aparıb.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəsmi saytında bildirilir.

Tərəflər COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və vətəndaşların peyvəndlənməsi üzrə Ukraynada və Azərbaycanda görülən tədbirləri müzakirə ediblər.

Prezident Ofisi rəhbərinin müavini Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün daim dəstəklənməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev 2020-ci ildə təsdiq edilmiş Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan Respublikasının Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilməsini yüksək qiymətləndirib. O, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsində qətiyyətli mövqe tutan Ukraynaya təşəkkürünü bildirib.

Tərəflər Qarabağ regionunda təhlükəsizliklə bağlı cari vəziyyəti müzakirə edib, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına Ukraynanın verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparıblar.

İqor Jovkva və Hikmət Hacıyev cari ildə yüksək səviyyəli ikitərəfli dialoqla bağlı növbəti tədbirlər barədə razılığa gəliblər.

Son xəbərlər