Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

ADA Universiteti bir qrup tələbənin təhsil haqqına güzəşt edib

23.04.2021 19:27 1 053
ADA Universiteti bir qrup tələbənin təhsil haqqına güzəşt edib
ADA Universiteti 2020-2021-ci tədris ilinin Payız-Yaz semestri üzrə təhsil haqqına güzəşt əldə edən tələbələrinin sayını açıqlayıb.

Universitetdən "Report"a bildirilib ki, ümumilikdə akademik nəticəsinə görə fərqlənən 337 bakalavr tələbəsi təhsil haqqı güzəştindən yararlanıb.

Əlaçı tələbələr "Rektorun şərəf siyahısı", "Dekanların fərqlənmə siyahısı" və "Yüksək göstəricilər" üzrə üç fərqli kateqoriyadakı güzəştlərdən faydalanıblar.

İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin 135, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 66 və Biznes fakültəsinin 136 bakalavr tələbəsi güzəşt əldə ediblər.

"Rektorun şərəf siyahısı" üzrə təqaüd alan tələbələr bir illik təhsil haqqına 100 %, "Dekanların fərqlənmə siyahısı" üzrə təqaüd alanlar 50 %, "Yüksək göstəricilər" siyahısı üzrə təqaüd alanlar isə 25 % güzəşt əldə ediblər.

Eyni semestr üzrə ADA Universitetinin 28 magistr tələbəsi də akademik nəticələrinə görə 20 % təhsil haqqı güzəşti əldə ediblər.

İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin 9, Biznes fakültəsinin 10, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 2, Təhsil fakültəsinin isə 7 tələbəsi 20 % güzəştdən yararlanıblar.

Qeyd edək ki, ADA Universiteti tərəfindən universitetə qəbul imtahanında yüksək nəticə göstərənlərin və xüsusi sosial statusa malik olanların təhsil haqqına xüsusi güzəştlər təqdim olunur.

ADA-nın bakalavr və magistr proqramları ilə buradan tanış ola bilərsiniz:

https://bit.ly/3sDsoJE

https://bit.ly/3tCxTJOскачать dle 11.3
Mojo.az Banner