DMX-dən Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |     22:46 Türkiyədə 5.2 maqnitudada zəlzələ baş verib  |     22:41 Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq  |     22:34 Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb  |     22:28 Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb  |     22:20 Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə  |     22:15 Bayram günlərində paytaxtın qızıl bazarında SON VƏZİYYƏT - VİDEO  |     22:08 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir  |     22:00 Azərbaycan millisi Latviya yığması ilə heç-heçə etdi  |     21:53 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi  |     21:47 Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimə DANIŞDI  |     21:39 Şəkidə 31 yaşlı kişini ilan sancıb  |     21:33 Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən 4 nəfər tapılıb  |     21:26 Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək  |     21:21 İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT  |     21:12 Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı  |     21:05 Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB  |     21:00 Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə rəqəmlər  |     20:53 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək  |    

DMX-dən Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib.

DMX-dən verilən məlumata görə, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyət nəzərə alınaraq, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb:

“Lakin bu qəbildən olan əcnəbilərin bir qismi müxtəlif səbəblərdən qeydiyyata alındıqları ünvanda yaşamır, yeni olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozurlar.

Bu kimi hallara yol verməmək üçün müvəqqəti olma müddəti uzadılmış və olduğu yer üzrə ünvanını dəyişmiş əcnəbilərin 23.04.2021-ci il tarixdən etibarən 10 gün müddətində yeni olduqları yer üzrə qeydiyyat məlumatlarını elektron qaydada və ya elana əlavə edilmiş ərizəni doldurmaqla “ASAN xidmət” mərkəzlərinə, belə mərkəzlər olmayan yerlərdə isə regional miqrasiya idarələrinə təqdim etmələri tələb olunur”.

Qurumdan bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            942 23.04.21 16:12