Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır |
Mojo.az Avto
Mojo.az Avto

Ramin Bayramlı iclas keçirdi

23.04.2021 14:10 1 038
Ramin Bayramlı iclas keçirdi
TƏBİB-in "Neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması üzrə İşçi Qrupu"nun ilk iclası keçirilib.

Median.Az
"report"a istinadən xəbər verir ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi xidmətlərin keyfiyyətinin artırılması və səhiyyə sahəsindəki islahatların uğurla davam etdirilməsi üçün beynəlxalq təcrübəyə sahib gənc kadrların rolunun vacib olduğunu bildirib.

İdarə Heyətinin sədri layihənin davamlılığı ilə bağlı cari məsələlərdən bəhs edərkən işin daha effektiv icra edilməsi və yerlərdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi üçün bu sahədə çalışan mütəxəssislərin layihəyə cəlb olunmasının, daha keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bölgələrdə tibbi cihaz avadanlıqlarına olan ehtiyacların öyrənilməsinin və tibbi diaqnostik müalicəvi protokolların hazırlanmasının əsas prioritet olduğunu bildirib.

TƏBİB-in Tibbi xidmətlər departmentinin rəhbəri Firəngiz Əliyeva İdarə Heyətinin sədrinə işçi qrupunun üzvlərini təqdim edib və neonatal xidmətlə bağlı həlli vacib məsələlər barədə danışıb.

İşçi qrupunun rəhbəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması məqsədilə hazırlanan fəaliyyət planını sədrə təqdim edib. A.Musayev layihədə iştirak edən hər bir həkimin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

Görüş ölkədə neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi ilə davam etdirilib.

Son xəbərlər