Mojo.az Banner
11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Cinayət işi: Azərbaycanda intim münasibətdə olmadığı üçün qızı boğub öldürdü - VİDEO

25.03.2021 14:33 1 209
Cinayət işi: Azərbaycanda intim münasibətdə olmadığı üçün qızı boğub öldürdü - VİDEO
2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.

Baku TV xəbər verir ki, Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.

İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. K.Quliyevin sözlərinə görə, mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.

Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxaraq mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib.

Məhkəmə iclasında K. Quliyev özünü təqsirli hesab etməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3
Mojo.az Banner