Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Android 12-nin tərtibatçılar üçün ikinci beta versiyası təqdim olunub

23.03.2021 23:58 1 437
Android 12-nin tərtibatçılar üçün ikinci beta versiyası təqdim olunub
Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş ikinci beta versiyasını təqdim edib. Təqdim edilmiş Android 12 Developer Preview 2 versiyasında yeni funksiyalar aşkar edilib. İkinci beta test əməliyyat sisteminə bir əl ilə smartfondan idarə, yenilənmiş sistem interfeysi, redizayn edilmiş vidjetlər kimi bir sıra yeni imkanlar əlavə edib. Əməliyyat sisteminin yeni beta versiyasında picture-in-picture rejiminin imkanları genişləndirilib.





    Bundan bu sonra bu rejimdə aktiv olan pəncərəni kənara sürüşdürmək, bir toxunuşla videonun idarəedilməsi panelini işə salmaq və pəncərəyə iki dəfə klikləyərək pəncərənin ölçüsünü kiçiltmək və ya böyütmək olar. Mediaplayerin istifadəçi interfeysində də dəyişiklik edilib. Belə ki, istifadəçi mediaplayerin arxa fon rəngini dəyişə biləcək. Həmçinin bloklanmış ekran görüntüsündə bir sıra dəyişikliklər reallaşdırılıb.





    Təqdim edilmiş fotolarda bir əl ilə smartfondan idarə rejimi və vidjetlər siyahısının yeni dizaynı əks olunub. Android 12 Developer Preview 2-də tərtibatçılar smartfon ekranının kənar hissələrinin nə dərəcədə əyilmiş olduqlarını öyrənə bilərlər. Bunun sayəsində onlar tam ekranda əks olunacaq foto formatını seçə bilərlər. Bundan əlavə olaraq əsas ekranda əks olunan tətbiqlərin adlarındakı şriftlərin ölçüləri kiçilib.



    Həmçinin qovluqlarda daha çox shortcut saxlamaq olar. Dark Mode rejimi isə bir qədər daha açıq rəngdə reallaşdırılıb. Daha bir maraqlı yenilik əsas ekranda yerləşdirilmiş People Space adlı vidjetdir. Bu vidjet istifadəçinin konkret şəxs və ya qrup ilə sonuncu dəfə nə zaman ünsiyyətdə olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Android 12-nin test müddəti hələ 6 ay davam edəcək. Adi istifadəçilər üçün ilk beta test versiyası may ayında təqdim olunacaq.скачать dle 11.3
Mojo.az Banner