Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kafe və restoranlarda nöqsanlar aşkarlanıb - SİYAHI

23.03.2021 16:20 1 125
Kafe və restoranlarda nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində martın 22-də ölkə üzrə 269 ictimai iaşə obyektində 472 monitorinq keçirilib.

Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 65 ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər Pizza" restoranı;

2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Abbasov Fazil Həşim oğluna məxsus "Ayanz" restoranı;

3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Muxtarova Sonaya məxsus “Faxralı” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Yusifli Orxan Sərdar oğluna məxsus “Kvadrat Bar” restoranı;

5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Vəliyev küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;

7. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Xavər Vəliyev küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əlizadə İsmayıl Ağadadaş oğluna məxsus çay evi;

8. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Səbail rayonu, Rzayeva küçəsi, ev 13m ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus “Nest” restoranı;

10. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov ilə Şəhriyar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Sürəyya Tufan qızına məxsus "Avalon" kafesi;

11. Bakı şəhəri, Yasamal rayonu‎, Şəhriyar küçəsi 28B ünvanında yerləşən, fiziki şəxs Məsimov Müslüm Polad oğluna məxsus "Daş dövrü" restoranı;

12. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Səxavət Şahlar oğluna məxsus kafe;

13. Bakı şəhəri, Nəsimi ‎rayonu, Behbudov küçəsi 26M ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus “Köz” kafesi;

14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59B ünvanında yerləşən, hüquqi şəxs “McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;

15. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74H‎ ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət oğluna məxsus kafe;

16. Gəncə şəhəri, Nərimanov 438C ünvanında yerləşən, fiziki şəxs Abbasov Tural Etibar oğluna məxsus “Boçka” kafesi;

17. Salyan rayonu, Ələt-Astara şossesində yerləşən, fiziki şəxs Mustafayev Elvin Mail oğluna məxsus restoran;

18. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Pərviz Xamis oğluna məxsus “Qədim Basqal” kafesi;

19. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən, fiziki şəxs Haşımlı Könül Əli qızına məxsus “Cənnət Bağı” restoranı;

20. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 4/6 ünvanında yerləşən, hüquqi şəxs "New Bakı Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “The Merchant” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner