Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

SMS icazə qayıda və tam qapanma ola bilər – VİDEO

15.03.2021 17:13 813
SMS icazə qayıda və tam qapanma ola bilər – VİDEO
Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir.

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib. O bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək:

"Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır.

Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir”.

Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər:

"Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.скачать dle 11.3
Mojo.az Banner