Britaniya kraliçası şəhzadə Harri və Meqan Marklla barışmaq istəyir
Bu barədə “Daily Mail” məlumat verib.
Məlumata əsasən, Britaniya kraliçası yaxın günlərdə nəvəsinə zəng edərək aralarındakı münaqişəni yoluna qoymaq və qalmaqallı cütlüklə barışmaq istəyir.
Bununla yanaşı, II Yelizavetanın saray əməkdaşlarına ailədaxili məsələləri müzakirə etməyi qadağan etdiyi bildirilir.
Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl bir müddət öncə amerikalı aparıcı Opra Uinfriyə müsahibələrində kral ailəsini irqçilikdə, eləcə də özlərinə qarşı mənfi münasibətdə ittiham ediblər.