Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

İddia: Şahzadə Harri və Meqan Markl II Yelizavetanı aldadıblar

24.06.2021 22:35 936
İddia: Şahzadə Harri və Meqan Markl II Yelizavetanı aldadıblar
Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl kraliça II Yelizavetanı aldadıb.

“Mirror”un məlumatına görə, belə iddia ilə jurnalist və yazar Penni Junor çıxış edib.

Penni hesab edir ki, bu, şahzadə və həyat yoldaşının 4 iyun tarixində dünyaya gələn qızlarına ad seçərkən baş verib. Məsələ burasındadır ki, şahzadə Harri və Markl qızları üçün yeni domen əldə ediblər.

Onlar internet ünvanını insanların gələcəkdə övladlarının adından qazanc götürməməsi üçün aldıqlarını bildiriblər. Məlumata görə, Lilibetdiana.com domen adı II Yelizavetaya zəng edilən gün alınıb, lakin jurnalist oxşar internet ünvanı lilidiana.com-un daha erkən - mayın 31-də qeydiyyatdan keçdiyini bildirib. Yəni qərar valideynlər tərəfindən qızın doğulmasından əvvəl verilib. Beləliklə, Junor əmindir ki, kraliçanı uşağın adı ilə bağlı fakt qarşısında qoyublar.

Şahzadə Harri və Meqan Markl ikinci dəfə valideyn olublar. Onların qızına şahzadənin nənəsi, Kraliça II Yelizaveta və mərhum anası Şahzadə Diananın şərəfinə Lilibet Diana adı verilib.

Son xəbərlər