Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nizami rayonunda ağaclar məhv edilir (VİDEO)

13.02.2021 21:24 870
Nizami rayonunda ağaclar məhv edilir (VİDEO)
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.

"Report" xəbər verir ki, ərazidə yaşayan sakinlər oksigen mənbəyi olan ağacların kəsilməsinə narazıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Report”a açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiqləyib:

"Dünən axşam saatlarında Nizami rayonu, Şərifli küçəsi 2524 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. Dərhal Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional İdarəsinin əməkdaşları həmin əraziyə yollanıb və ağac kəsilməsi faktı aşkar edilib. Eyni zamanda hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb. Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma davam edir.

Çünki həmin ərazi qismən hasarlanmış ərazidir. Ərazinin mənsubiyyətinin öyrənilməsi ilə bağlı sorğular aparılıb. Yaxın günlərdə müvafiq cavablar alındıqdan sonra araşdırma davam etdiriləcək. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Vərəm xəstələrinin müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da sözügedən ərazidə yerləşir.скачать dle 11.3
Mojo.az Banner