Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qusarda ağacların kəsilməsi ilə bağlı polisə müraciət edildi

21.05.2020 22:03 1 579
Qusarda ağacların kəsilməsi ilə bağlı polisə müraciət edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

“Report” xəbər veir ki, bu barədə nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub.

"Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub".

Son xəbərlər