Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Şəhid əsgərin atası: “Oğlumun tabutunu mənə verən polkovnik dedi ki...” FOTO

08.02.2021 23:22 4 539
Şəhid əsgərin atası: “Oğlumun tabutunu mənə verən polkovnik dedi ki...” FOTO
44 günlük Vətən müharibəsində canını fəda edərək Azərbaycan gəncliyinə baş ucalığı gətirən qəhrəman döyüşçülərin sırasında Taleh Zamanov kimi əsgər balalarımızın da olması insanı həm kövrəldir və həm də qürurlandırır.

Taleh Valeh oğlu Zamanov 7 aprel 2002-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində sadə kəndli ailəsində anadan olub. Atası Valeh kişi Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ailədə iki qardaş olublar. 17 yaşlı qardaşı Həsənağa da hərbi xidmətə yollanmağa hazırlaşır. Anası Səltənət xanım evdar qadındır.

T.Zamanov 2018-ci ildə yaşadıqları qəsəbədə yerləşən şəhid Cəlal Məmmədov adına orta məktəbi bitirib. O, 2019-cu il may ayının 6-da hərbi xidmətə yollanıb. Xidmətinə cəbhə xəttinin Goranboy rayonunda yerləşən hərbi hissələrindən birində başlayıb. Taleh qısa vaxt ərzində yiyələndiyi sərrast atıcılıq bacarığına görə komandirlərinin diqqətini cəlb edib.



“Kasıb ailə oldğumuzdan Taleh fəhləlik edib ailəmizin dolanışığına köməklik edirdi. Əsgər getdiyi ərəfədə alın təri ilə qazandığı puluna hərəmizə bir telefon alıb bağışlamışdı. Onun yoxluğuna heç cür inanmağım gəlmir, o qədər zirək uşaq idi ki... Elə bilirəm nə vaxtsa mütləq geri dönəcək”, - deyə anası Səltənət xanım kövrəlir.

Atası Valeh kişi isə deyir ki, əsgər olduğu 8 ay müddətində bir dəfə də olsun onun yanına gedə bilməyiblər: “Pandemiya ilə bağlı məhdudiyyətlərə görə gedib Talehi görə bilmədik”.

“Əsgər gedəndə elə sevinirdi ki... Sanki uçurdu uşaq. Kimi görürdüsə, deyirdi “əsgər gedirəm e, Vətənimizi qorumağa gedirəm”. Sentyabr ayının 30-da mənə zəng vurub hal-əhval tutdu. Dedim “bala, müharibəyə görə səndən nigaranam”. Gülüb cavab verdi ki, “müharibə-zad yoxdu, narahat olub-eləməyin, özünüzdən muğayat olun”. Bu bizim son danışığımız oldu”, - deyə anası Səltənət xanım xat

Əsgər Taleh Zamanov döyüş meydanında şəhid olsa da, onun nəşi yalnız Kəlbəcər rayonunun işğaldan azad edildiyi gün, noyabr ayının 25-də tapılaraq ertəsi gün Yevlax rayonunda atasına verilib.

“Balamın əmanət tabutunu mənə verən polkovnik rütbəli zabit dedi ki, “Oğlunuz əsl qəhrəmanlıq göstərdi. Siz onunla fəxr edin, biz də sizin qarşınızda baş əyirik ki, Vətən üçün belə igid əsgər böyütmüsünüz”, - deyə Valeh kişi də kövrəlir.

“Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, canımdan artıq sevdiyim əziz balam cəmi 18 il yaşasa da, son mənzilə Azərbaycan bayrağına bükülərək yola salındı. Fəxr ediərm ki, əziz balam Vətənimiz və namusumuz uğrunda şəhid oldu, əvəzində Zəfər gününü xalqımıza yaşadanlar sırasında oldu... Ən böyük arzum isə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər balamın adının gələcəkdə də unudulmaması üçün əbədiləşdirilməsidir” - dedi sonda Səltənət xanım.

Əsgər Taleh Zamanov ölümündən sonra “Vətən uğrunda” və Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.// virtualaz.org

скачать dle 11.3
Mojo.az Banner