Mojo.az Banner
18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Suraxanıda evli kişi qonşusu olan 13 yaşlı qızı zorladı

06.02.2019 20:15 2 225
Suraxanıda evli kişi qonşusu olan 13 yaşlı qızı zorladı
Bakıda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hakimlər kolelgiyasının hökmünə əsasən T.Ismayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində zərərçəkmiş qismində Y.V.Sergeyevna, qardaşı və atası tanınıb.

İttiham aktına görə, 2018-ci ilin sentyabr ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü şəxs rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək, onu zorlayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib.
скачать dle 11.3
Mojo.az Banner