Mojo.az Banner
22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |    
Mojo.az Avto
Mojo.az Avto

Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?

07.10.2026 17:05 141
Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "LUKOIL" şirkətinin qurucusu Vahid Ələkbərovu qəbul edib.

Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Bildirilir ki, görüş zamanı prezidentə "LUKOIL" şirkətinin Qazaxıstan ərazisindəki hazırkı fəaliyyətinin yekunları və yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan planları barədə məruzə edilib.

Tərəflər neft-qaz sektorunda icra olunan müştərək layihələr çərçivəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, ABŞ-nin 2025-ci ilin oktyabr ayında tətbiq etdiyi sanksiyalardan sonra "LUKOIL" şirkəti xaricdəki aktivlərini satmaq barədə qərar qəbul etmişdi. 2026-cı ilin yanvarında Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri bəyan etmişdi ki, "LUKOIL" ölkədəki aktivləri satışa çıxarılacağı təqdirdə, dövlət həmin payı almaq üçün öz üstünlük hüququndan istifadə edə bilər.

Nazir, həmçinin vurğulamışdı ki, Qazaxıstan layihələrində "LUKOIL"un payı ilə əlaqədar ABŞ-yə müvafiq müraciət ünvanlanıb.

Qeyd edək ki, sözügedən şirkətin strukturu Qazaxıstanda Xəzər Boru Kəməri Konsorsiumunun səhmdarları sırasındadır. Bundan əlavə, şirkət "KazMunayQaz"la birlikdə Xəzər dənizinin Qazaxıstan şelfində yerləşən "Kalamkas-dəniz" və "Xəzər" yataqlarının mənimsənilməsi layihəsində də iştirak edir.скачать dle 11.3
Mojo.az Banner