Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"LUKOIL"un törəmə şirkəti "TEBOIL" fəaliyyətini dayandırır

19.11.2025 16:53 864
Rusiyanın "LUKOIL" şirkətinin Finlandiyadakı törəmə şirkəti "TEBOIL" mərhələli şəkildə fəaliyyətini dayandıracağını elan edib.

Bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.

"Şirkət öz fəaliyyətinə xitam verməyə hazırlaşır", - deyə məlumatda bildirilib.

Bildirilib ki, "TEBOIL" yanacaqdoldurma məntəqələri tədricən, yanacaq ehtiyatı satıldıqca bağlanacaq. Yanacaq üçün nağd ödəniş oktyabrın sonunda dayandırılıb.

"TEBOIL" 1934-cü ildə yaradılıb. 2005-ci ildən şirkətin sahibi "LUKOIL"dur.

Son xəbərlər