Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?
Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin maddi və digər formada həvəsləndirilməsi nəzərdə tutulur. Bununla bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, məlumat təsdiqini tapdıqda informasiyanı təqdim edən şəxsə maddi mükafat ödənilməsi, həmçinin onun və yaxınlarının dövlət müdafiəsi və hüquqi yardımla təmin olunması təklif edilir.
Maraqlıdır, bu mexanizm korrupsiya hallarının üzə çıxarılmasına nə dərəcədə təsir edə bilər və məlumat verən şəxslərin təhlükəsizliyi necə təmin olunacaq?
Məlumat verən şəxs işlədiyi qurum daxilində təzyiqə və ya işdən çıxarılma təhlükəsinə məruz qalarsa, onun müdafiəsini konkret olaraq hansı qurum təmin edəcək?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Ağ Partiyanın sözçüsü və siyasi şərhçi Cavanşir Abbaslı bildirib:
"İlk baxışda layihənin müsbət tərəfləri görünə bilər. Amma unutmayaq ki, ölkədə ən çox korrupsiya hallarına yol verənlər iri və orta ranklı məmurlardır. Kiçik vəzifə daşıyanlar belə, korrupsiya hallarına yol verirlər. Düşünürəm ki, korrupsiyaya yol verən iri ranklı məmurlar barəsində ən sərt qərarlar verilməlidir ki, digərləri də bundan örnək almış olsun".
Siyasətçi xüsusi bir məsələni də önə çəkərək əlavə edib:
"Korrupsiyaya halları ortaq bir yerdə baş verir. O məlumatı hər halda korrupsiya edənə yaxın olan bir şəxs verə bilməz. Kənardan da hər hansı bir vətəndaşın buna risk edəcəyi görünmür. Azərbaycan elə ölkələrdən biridir ki, korrupsiya halına yol verəni tanıyırsa, əlində bununla bağlı fakt varsa, bu barədə məlumat verərkən özünü düşünməsə belə, ən azından ailəsini və yaxınlarını nəzərə ala bilər. Ona görə də çıxış yolu olmadığı üçün təsirli olmayacaq".
Başqa alternativ yollar yoxlamağı tövsiyə edən sözçü qeyd edib:
"Təhlükəsizlik məsələsində isə kifayət qədər problemlər ortaya çıxa bilər. İri ranklı məmurlardan savayı, bəzən də yüksək vəzifəlilərlə iş birliyi edən şəxslər də var ki, onların da kifayət qədər uzantıları böyükdür. Hesab edirəm ki, bu faktı aidiyyəti orqana çatdırmağa həvəs göstərəcək insanların sayı kifayət qədər az olacaq. Həmin şəxsin işlədiyi qurumda təhlükəyə məruz qalarsa, müdafiəsini hansı qurum təmin edəcək?! Korrupsiyaya yol verən qurumun rəhbəri barədə ilk növbədə orada çalışan əməkdaşların bundan xəbəri olur. Onlar öz işlərini itirmək naminə bu barədə aidiyyəti orqanlara məlumat verəcəklər? Əlbəttə ki, xeyr. Korrupsiyaya halının baş verdiyi yerdə ən azından bunun şahidi olan çalışanlardır ki, onlar da işlərini itirməmək üçün heç vaxt bu riskə getməzlər".
Cavanşir Abbaslı sonda vurğulayıb ki, bununla Azərbaycanda korrupsiyanın qarşısının alınacağını düşünmək sadəlövhlük olardı. Sadəcə olaraq müəyyən dərəcədə müsbət halları müşahidə etmək olar. Faktiki olaraq bu problemin kökündən həllinə nail olmaq yetməyəcək. İlk növbədə Korrupsiyaya yol verənlərə ən ağır və sərt şəkildə cəzalandırılması vacibdir. Dövlət bu barədə sərt addımlar atmalıdır.
Dəniz Pənahova
Median.Az
Maraqlıdır, bu mexanizm korrupsiya hallarının üzə çıxarılmasına nə dərəcədə təsir edə bilər və məlumat verən şəxslərin təhlükəsizliyi necə təmin olunacaq?
Məlumat verən şəxs işlədiyi qurum daxilində təzyiqə və ya işdən çıxarılma təhlükəsinə məruz qalarsa, onun müdafiəsini konkret olaraq hansı qurum təmin edəcək?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran Ağ Partiyanın sözçüsü və siyasi şərhçi Cavanşir Abbaslı bildirib:"İlk baxışda layihənin müsbət tərəfləri görünə bilər. Amma unutmayaq ki, ölkədə ən çox korrupsiya hallarına yol verənlər iri və orta ranklı məmurlardır. Kiçik vəzifə daşıyanlar belə, korrupsiya hallarına yol verirlər. Düşünürəm ki, korrupsiyaya yol verən iri ranklı məmurlar barəsində ən sərt qərarlar verilməlidir ki, digərləri də bundan örnək almış olsun".
Siyasətçi xüsusi bir məsələni də önə çəkərək əlavə edib:
"Korrupsiyaya halları ortaq bir yerdə baş verir. O məlumatı hər halda korrupsiya edənə yaxın olan bir şəxs verə bilməz. Kənardan da hər hansı bir vətəndaşın buna risk edəcəyi görünmür. Azərbaycan elə ölkələrdən biridir ki, korrupsiya halına yol verəni tanıyırsa, əlində bununla bağlı fakt varsa, bu barədə məlumat verərkən özünü düşünməsə belə, ən azından ailəsini və yaxınlarını nəzərə ala bilər. Ona görə də çıxış yolu olmadığı üçün təsirli olmayacaq".
Başqa alternativ yollar yoxlamağı tövsiyə edən sözçü qeyd edib:
"Təhlükəsizlik məsələsində isə kifayət qədər problemlər ortaya çıxa bilər. İri ranklı məmurlardan savayı, bəzən də yüksək vəzifəlilərlə iş birliyi edən şəxslər də var ki, onların da kifayət qədər uzantıları böyükdür. Hesab edirəm ki, bu faktı aidiyyəti orqana çatdırmağa həvəs göstərəcək insanların sayı kifayət qədər az olacaq. Həmin şəxsin işlədiyi qurumda təhlükəyə məruz qalarsa, müdafiəsini hansı qurum təmin edəcək?! Korrupsiyaya yol verən qurumun rəhbəri barədə ilk növbədə orada çalışan əməkdaşların bundan xəbəri olur. Onlar öz işlərini itirmək naminə bu barədə aidiyyəti orqanlara məlumat verəcəklər? Əlbəttə ki, xeyr. Korrupsiyaya halının baş verdiyi yerdə ən azından bunun şahidi olan çalışanlardır ki, onlar da işlərini itirməmək üçün heç vaxt bu riskə getməzlər".Cavanşir Abbaslı sonda vurğulayıb ki, bununla Azərbaycanda korrupsiyanın qarşısının alınacağını düşünmək sadəlövhlük olardı. Sadəcə olaraq müəyyən dərəcədə müsbət halları müşahidə etmək olar. Faktiki olaraq bu problemin kökündən həllinə nail olmaq yetməyəcək. İlk növbədə Korrupsiyaya yol verənlərə ən ağır və sərt şəkildə cəzalandırılması vacibdir. Dövlət bu barədə sərt addımlar atmalıdır.
Dəniz Pənahova
Median.Az