Mojo.az Banner
20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid anası: Oğlumun köynəyinə “Səni görüm şəhid olasan” yazmışdılar - VİDEO

04.04.2019 19:11 2 971
Şəhid anası: Oğlumun köynəyinə “Səni görüm şəhid olasan” yazmışdılar - VİDEO
2016-cı il Aprel döyüşlərində övladını Vətən uğrunda itirənlərdən biri də Bayramovlar ailəsidir.

Şəhid Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Lakin o, təhsilini donduraraq hərbi xidmətə gedib.

Ailədə iki qardaş olublar. Şulan hərbi xidmətini başa vurduğu zaman qardaşı dörd ayın əsgəri olub.

Median.Az xəbər verir ki, şəhidin anası Türkanə Bayramova Oxu.az-a müsahibəsində deyib ki, 18 il əziyyətlə böyütdüyü oğlunun üzünə, qoxusuna həsrət qalıb:

"Şulan əsgər gedən gün bir kəlmə dedi ki, anam mənim yanıma gəlməsin. O sözdən sonra 1 il 6 ay mən bir dəfə də olsun oğlumu görmədim. Bütün valideynlər uşaqlarının andiçmə mərasiminə qatıldı. Şulan mənə icazə vermədi.

İnanırsınız, bu müddət ərzində hələ də mən qapı döyüləcək, Şulan gələcək deyə gözləyirəm. Üç ildir həsrətim, ürəyimin yanğısı keçmir".


Şəhid Şulan Bayramovun hekayəsində hər kəsi dəhşətə gətirən bir məqam var. Anası deyir ki, sinif yoldaşlarından biri oğlunun məzun köynəyinin üzərinə "Səni şəhid olasan!" yazıb:


"Məzun günü evə gəldi. Köynəyinə baxanda gördüm ki, yazıblar, "Səni görüm şəhid olasan". Anayam, ürəyim dağlandı, ağladım. Soruşdum, bunu kim yazıb, niyə yazıb? Dedi, dostu yazıb. Şulan əsgər gedəcəyini biləndə evdə bütün paltarlarını, əşyalarını yığıb dost-tanışlarına hədiyyə etmişdi.


Elə bil hiss edirdi ki, daha geri qayıtmayacaq. Mənə gözdağı olacaq heç nə saxlamadı. Şulan çox dəliqanlı, kişi qeyrətli oğlan idi. Ailəcanlı, istiqanlı oğul idi. Aprelin 3-ü oğlum təxris olunub evinə gəlməli idi. Onun yolunu necə həsrətlə gözləyirdim, amma özü yox, buz kimi soyuq bədənini gətirdilər".


Şəhid Şulan Bayramov haqqında hazırlanan süjeti təqdim edirik:
скачать dle 11.3
Mojo.az Banner