Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

25.09.2026 20:47 333
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb.

"TimeOut"un yazdığına görə, "xoşbəxtlik" "BookRetreats.com" tərəfindən psixoloq Natali Dattilo-Rayanla əməkdaşlıq çərçivəsində hazırlanan yeni Holiday Happiness Index-in əsasını təşkil edir. Harvardla əməkdaşlıq edən mütəxəssis də araşdırmanın hazırlanmasında iştirak edib.

Araşdırma çərçivəsində dünya üzrə 47 turizm istiqaməti orqanizmdə "xoşbəxtlik hormonları"nın ifrazı ilə əlaqəli olduğu elmi məlumatlarla müəyyən edilən beş amil üzrə təhlil olunub.

Hər şəhər üçün günəş işığının miqdarı, yuxunun keyfiyyəti, sağlam qidalanma imkanları, təbiətdə keçirilə biləcək vaxt və piyada gəzintilər üçün əlverişlilik qiymətləndirilib. Bütün beş göstəriciyə eyni çəki verilib və daha sonra hər istiqamət üçün 100 ballıq şkala üzrə ümumi xoşbəxtlik göstəricisi hesablanıb.

Lissabon birinci yeri tutub

Birinci yeri Portuqaliyanın Lissabon şəhəri tutub. Şəhərdəki restoranların demək olar ki, 10 faizi "sağlam" kateqoriyasına aid edilir. Bu, bütün reytinq üzrə ikinci ən yüksək göstəricidir. Bu meyar üzrə Lissabon Paris, Tokio və Nyu-York kimi qastronomiya paytaxtlarını geridə qoyur.

Bundan başqa, Portuqaliyanın paytaxtı məşhur təpəli relyefinə baxmayaraq, piyada gəzintilər üçün əlverişlidir. Şəhər kifayət qədər kompaktdır və əsas görməli yerlərin əksəriyyətinə – Praça do Comércio meydanından Belen qülləsinə qədər – bir neçə saat ərzində piyada çatmaq mümkündür.

Şəhərdə hər sakinə 49 kvadratmetr yaşıl sahə düşür ki, bu da Madriddəkindən təxminən dörd dəfə çoxdur. Turistlərin Koşta-da-Kaparika və Kaşkays çimərliklərinə də asan çıxışı var. Bundan əlavə, Lissabonda ildə orta hesabla 2828 saat günəşli hava müşahidə olunur.

İlk beşlikdə hansı şəhərlər var?

İkinci yeri Finlandiyanın Helsinki şəhəri tutub. Finlandiya artıq səkkizinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi adlandırılır. Paytaxt isə çoxsaylı yaşıl zonaları və səs-küy çirklənməsinin aşağı səviyyəsi ilə seçilir.

Üçüncü yerdə ABŞ-ın Orlando şəhəri qərarlaşıb. Reytinqdə iştirak edən bütün şəhərlər arasında adambaşına ən çox yaşıl sahə məhz Orlandoda düşür. Şəhər həmçinin ildə təxminən 2930 saat günəş işığı alır.

Dördüncü pillədə Yunanıstanın paytaxtı Afina yer alıb. Bu şəhər bütün reytinqdə piyada gəzintilər üçün ən əlverişli istiqamət kimi göstərilib. Bundan əlavə, Afinada sağlam qidalanma təklif edən restoranların payı da ən yüksək göstəricilərdən biridir.

İlk beşliyi Şotlandiyanın Edinburq şəhəri tamamlayır. Bu, ilk onluğa daxil olan yeganə Britaniya şəhəridir. Edinburq parkları, yuxunun keyfiyyəti və piyada hərəkət üçün əlverişliliyi ilə seçilib.

Ən xoşbəxt turizm istiqamətlərinin ikinci beşliyinə Madrid (İspaniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan), Oslo (Norveç) və Vilnüs (Litva) daxil olub.
//qaynar.az

Son xəbərlər