Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Turistlər dünyanın ən gözəl paytaxtını seçdi

13.10.2025 22:03 549
Turistlər dünyanın ən gözəl paytaxtını seçdi
Bu balaca şəhər açıq səma altında muzeyi xatırladır: burada saraylar, qədim qala divarları, kilsələr və dar küçələr yerləşir.

Almaniyanın "Bild” nəşrinin məlumatına görə, Maltanın paytaxtı Valetta reytinqdə Lissabon, Paris və Afina kimi məşhur turizm mərkəzlərini geridə qoyub. Sorğuda 182 mindən çox jurnal oxucusu iştirak edib, onlar şəhərləri mədəniyyət, mətbəx və qonaqpərvərlik meyarları üzrə qiymətləndiriblər.

Valetta mümkün 100 baldan 97,33 bal toplayaraq həm Avropanın, həm də dünyanın ən cəlbedici turizm istiqaməti adını qazanıb.

Malta Respublikasının turizm naziri Yan Borq bu nailiyyəti belə şərh edib:
"Bu etiraf səyahətçilərin bizim mədəni irsimizə və maltalıların qonaqpərvərliyinə olan dərin minnətdarlığını əks etdirir”.

Nəşr əlavə edir ki, sahəsi bir kvadrat kilometrdən də az olan Valetta XVI əsrdə Maltalı Cəngavərlər Ordeni tərəfindən salınıb və artıq 45 ildir ki, UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.
//qaynar.az

Son xəbərlər