Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb |
Mojo.az Avto
Mojo.az Avto

2025-ci ildə dünyanın ən bahalı şəhərləri (SİYAHI)

14.04.2025 21:34 1 221
2025-ci ildə dünyanın ən bahalı şəhərləri (SİYAHI)
Heç kimə sirr deyil ki, planetin müxtəlif yerlərində şəhərlərdə yaşamaq ildən-ilə daha da bahalaşır. Sərvət miqrasiyasını araşdıran "Henley&Partners" şirkəti hər il hansı şəhərlərin ən bahalı olduğu barədə hesabat dərc edir. Builki reytinqdə heç bir şəhər sürpriz olmayıb.

Qaynarinfo xəbər verir ki, siyahı 100-200 kv m sahəsi olan "birinci dərəcəli" mənzilin kvadratmetrinin orta qiyməti əsasında tərtib edilib. Reytinqdə bu ölçüdə mənzillərin hər kvadrat metri 38 800 dollardan yuxarı olan Monako başçılıq edir.

Qeyd edilib ki, bu şəhərdə adambaşına düşən rifah səviyyəsi ən yüksəkdir və ümumilikdə, sakinlərin 40%-dən çoxu milyonçudur: dünyanın bütün şəhərləri arasında ən yüksək nisbət.

İkinci yerdə elit mənzilin orta qiyməti hər kvadratmetr üçün 27500 dollar olan Nyu-Yorkdur. Bu şəhər həm də dünyanın ən zəngin şəhərləri reytinqinə başçılıq edir, çünki burada təxminən 384.500 milyoner yaşayır.

İlk beşliyi Honq-Konq, London və Saint-Jean-Cap-Ferrat tamamlayır. Lakin maraqlısı odur ki, Fransa əslində dünyanın ən bahalı şəhərlərinin tam siyahısında ən çox şəhərə malikdir - Paris, Saint-Jean-Cap-Ferrat, Nitsa, Kann, Antibes və Eze ilk 20-likdə, ABŞ isə ikinci yerdədir.

Dnyanın ən bahalı şəhərlərinin TOP-10 reytinqi belə görünür:

1. Monako
2. Nyu York
3. Honq Konq
4. London
5. Saint-Jean-Cap-Ferrat
6. Paris
7. Sidney
8. Palm Beaç
9. Mayami çimərliyi
10. Los Anceles

Son xəbərlər