Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr

25.09.2026 20:34 333
Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr
Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,4 faiz azalaraq 1 milyon 384,5 min nəfər olub.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 8 ay ərzində Azərbaycan vətəndaşlarının xaricə səfərlərində ən çox üstünlük verdiyi ölkə Türkiyə olub.

Belə ki, xaricə gedən Azərbaycan vətəndaşlarının 43,9 faizi Türkiyəyə səfər edib. Türkiyəyə gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artıb.

Səfərlərin 14,8 faizi Rusiyanın, 12,8 faizi Gürcüstanın, 5,3 faizi isə İranın payına düşüb. Azərbaycan vətəndaşlarının 23,2 faizi digər ölkələrə səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 2,2 faiz, İrana gedənlərin sayı isə 41,2 faiz azalıb. Gürcüstana səfərlərdə isə 13,6 faiz artım qeydə alınıb.

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edib.

Səfərlərin 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatı ilə həyata keçirilib.

Son xəbərlər