Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?

25.09.2026 20:25 336
Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?
"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərimizdə yeni istehsal sahələrinin qurulacağı bildirildi".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Dövlət Proqramına əsasən, bir sıra bölgələrimizdə, o cümlədən Ağdərə və Kəbəcərdə yeni zavodlar inşa ediləcək.

"Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın ən zəngin regionlarından hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Rayon ərazisində yerləşən "Dəmirli" Mis Yatağında son geoloji kəşfiyyatlara əsasən ərazidə 470 min tona yaxın mis ehtiyatı var. Rayonun Qızılbulaq yatağı qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 q/t, gümüş 5,4 q/t, mis isə 1,41% təşkil edir. Selen, tellur və kükürd kimi qiymətli komponentləri də yataqda qeydə alınıb.

Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür. Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Göründüyü kimi, hər iki rayonumuz xammal ehtiyatları baxımından zəngin bölgələrimizdəndir. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın iqtisadi inkişafında əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir".

Son xəbərlər