Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcər, Zəngilan və Laçındakı filiz yataqlarına geoloji ekspedisiya təşkil olunacaq

22.09.2021 20:43 3 252
Kəlbəcər, Zəngilan və Laçındakı filiz yataqlarına geoloji ekspedisiya təşkil olunacaq
“İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qarabağı işğaldan azad etməsi ilə bu ərazilərdə olan zəngin faydalı qazıntı yataqları yenidən öz sahiblərinə geri qaytarıldı. Yaxın zamanda AMEA-nın Təbiət Tarixi Muzeyi əməkdaşlarının Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır”.

Bu fikirləri Muzeyin baş elmi işçisi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Nağı Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırda Muzeydə nümayiş olunan Qarabağda yerləşən yataqlardan çıxarılmış nümunələr Sovet dövründə əldə edilmiş materiallardır: "Təbiət Tarixi Muzeyində yer alan geoloji nümunələrin böyük əksəriyyəti Azərbaycanın faydalı qazıntı yataqlarından toplanılır. Ölkəmizdə hazırda 300-dən çox filiz yatağı mövcuddur. Azərbaycanda mövcud olan faydalı qazıntı yataqlarının böyük bir qismi Yura dövründə əmələ gəlmiş yataqlardır. Onlar arasında ölçüsünə görə ən böyük yataq Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı hesab olunur. Filizçay yatağı kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır”.

N.Nağıyev deyib ki, hazırda bu yataqdan əldə olunan nadir nümunələr muzeydə eksponat kimi nümayiş olunur. Bununla yanaşı, Gədəbəy və Daşkəsən qızıl yatağından əldə olunan materiallar muzeyi ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanır.скачать dle 11.3
Mojo.az Banner