Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?

23.09.2026 20:54 378
Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?
"Növbəti illərdə qeyri neft-qaz sektorunda daha çox yeni iş yerləri yaradılacaq. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, sənədin icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının yüksəldilməsi, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların cəlbinin və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması, habelə regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur:

"Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onlardan 4063 nəfər xanım vətəndaşlarımızdır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19 638 nəfərdir. 1987 vətəndaşımızın isə metal filizlərinin hasilatı sahəsində əmək müqaviləsi qeydiyyatdan keçib. Mədənçıxarma sənayesi sahəsinə xidmətlər göstərən muzdlu işçilərin sayı isə 8633 nəfərdir. Bu xidmət sahəsində 1268 qadın çalışır. İş yerləri yaradılacaq şəhər və rayonlara gəldikdə isə proqrama əsasən, xüsusən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və eləcə də Qarabağda dağ-mədən sənayesi sahəsində yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Belə ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, həmin rayonumuzda Pellet istehsalı və İBD zavodunun qurulması da həyata keçiriləcək. Gəncə şəhərində "Azəralüminium" MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni iş yerlərinin yaradılmasına imkan verəcək. "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyəti tərəfindən tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılmasının dəstəklənməsi isə paytaxtda məşğulluğa dəstək olacaq.

Proqrama əsasən, Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı və özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək. Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulması və sənaye istismarına başlanılacaq, Balakən rayonunda Filizçay polimetal yatağının TİƏ sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması üçün qərar veriləcək və eləcə də "R.V. Investment Group Services, LLC" və onun əməliyyat şirkəti tərəfindən Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi həyata keçiriləcək. Kimlərin işlə təmin olunmasına gəldikdə, texniki işçilər ilə yanaşı, ixtisaslı kadrlar üçün də vakansiyaların elan olunacağı gözlənilir. Xüsusən də mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əmək təhlükəsizliyi mütəxəssisləri üçün daha çox iş yerləri yaradılacaq".

Son xəbərlər