Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə yeni iş yerləri yaradılacaq

23.12.2020 17:28 921
Ölkədə yeni iş yerləri yaradılacaq
Növbəti dövr ərzində ölkədə yeni iş yerlərinin yaradılması üçün 2021-ci ilin dövlət büdcəsindən vəsait ayrılacaq.

Yeni ictimai iş yerlərinin yaradılması və işsiz vətəndaşların müvafiq işlərlə təmin edilməsinə 159,8 milyon manat vəsait ayrılıb.

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərə aid edilib.

Eləcə də, ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək. İri dövlət müəssisələri - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC və s. üzrə yaradılmış 30 minə yaxın iş yerinin 2021-ci ildən Dost İş Mərkəzində təşkili, bu iş yerləri üzrə əməkhaqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner