Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Pandemiyanın iqtisadiyyata təsirini azaltmaq üçün nə qədər vəsait ayrılıb?

10.02.2021 18:41 963
Pandemiyanın iqtisadiyyata təsirini azaltmaq üçün nə qədər vəsait ayrılıb?
Qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard 334,1 milyon manat vəsait sərf olunub.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Qeyd olunan vəsait hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilib.

Eləcə də, 2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatına 17 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardımlar göstərilib.

Son xəbərlər