Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid polkovnik Raquf Orucovun doğum günüdür

12.07.2025 17:15 1 077
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
12 iyul tarixi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, birinci Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə baş verən Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi.

1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.

1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksər yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal edib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul oluna bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə daxil olub.

Beləcə, anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başlayıb.

Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub.

2016-cı il aprelin 5-də "Murov Qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasiminə minlərlə insan iştirak edib.

O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər