Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər |
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO

26.01.2021 14:54 2 148
Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.

“Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi, halbuki bu tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapmışdı”, - deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.

“Müharibəni biz dayandırdıq, çünki strateji hədəflərimizə nail olduq”, - deyə H.Hacıyev əlavə edib.

Son xəbərlər