Mojo.az — elanlar
Son Xəbərlər
15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

10.12.2020 21:36 1 266
Ərdoğandan Putinlə bağlı AÇIQLAMA
“Biz bu gün qardaşımla ətraflı müzakirə apardıq. Nə üçün Qarabağ münaqişəsinin həlli bu günə qədər uzadıldı? 30 il nə üçün Qarabağda bu çilə çəkdirildi? Minsk üçlüsünün işi nə idi? Bunlar - ABŞ, Rusiya, Fransa dünyanın ən güclü ölkələri idi. Nədən bu iş bu qədər uzadıldı, nədən nəticələndirilmədi? Nəticə əldə edə bilməzdilərmi? Edə bilərdilər. Bəs nə üçün uzatdılar?”

Median.Az-ın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müharibə başlayandan daha sonra müsbət mesajlar gəlməyə başlayıb: “Bunların başında da Fransa… Davamlı şəkildə qardaşımı arayır, nəticələr əldə etməyə çalışırdılar. Zaman-zaman bizimlə də əlaqə saxlama istəyirdilər, doğrusu, biz cavab vermədik. Çünki bilirdik ki, dərd başqadır. Bunu da xüsusən qardaşlarımız artıq “göbəyimizi kəsəcəyik” dedilər və addımı atdılar, artıq iş həyata keçirməyə başladı. İş həyata keçməyə başlayandan sonra da biz burada hörməli Vladimir Putinlə danışıqlar apardıq. Eyni şəkildə işin diplomatik qismini xarici işlər nazirimiz Mövlud Çavuşoğlu həyata keçirdi. Xüsusən bu nöqtədə kəşfiyyat, müdafiə hissəsi həyata keçirildi. Bütün bu işlərlə birlikdə də hava çox fərqli formalaşmağa başladı. Mən burada Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm. Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”.// pravda.az

Son xəbərlər