Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-ın ATƏT-dəki səfiri: "Tərəflər danışıqlar masasına gəlməlidir"

29.09.2020 20:25 1 515
ABŞ-ın ATƏT-dəki səfiri:
"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağdakı gərgin vəziyyətlə bağlı keçirdiyi xüsusi iclasında çıxışında deyib.

Ceym Gilmor bildirib ki, ABŞ Dağlıq Qarabağ bölgəsində təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla, xeyli sayda itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən dərindən narahatdır.

"Biz Minsk Qrupu həmsədrlərinə və beynəlxalq ictimaiyyətə qoşularaq şiddətin böyüməsini ən sərt şəkildə qınayırıq və bütün iştirakçıları dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Tərəfləri döyüşü dərhal dayandırmağa və ən qısa müddətdə şərt qoyulmadan danışıqlar masasına dönməyə çağırırıq. ABŞ Dövlət Katibinin müavini Stiven Biqan Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə əlaqə saxlayaraq onlara de-eskalasiya barədə bildirib, vəziyyətin daha da kəskinləşmənin qarşısını almaq üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə, regiondakı gərginliyi artıra biləcək zərərli ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb", - deyə ABŞ səfiri bildirib.

Diplomat deyib ki, ABŞ tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa, təhlükəsizlik tədbirlərini təmin etməyə və beynəlxalq insan haqlarına hörmət etməyə çağırır.

"ABŞ hər hansı kənar qüvvə tərəfindən artan şiddətdə iştirakın regional gərginliyi daha da artıracağına inanır. Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir. Minsk Qrupunun həmsədri olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməklə bağlı öhdəliyini bir daha təsdiqləyir. Vəziyyəti dəyişməklə daha çox mülki şəxs və hərbi qulluqçunun itkisinin qarşısını almaq üçün hələ vaxt var", - deyə Ceyms Gilmor vurğulayıb.

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında gərginləşən vəziyyətlə əlaqədar ATƏT Daimi Şurasının xüsusi iclası çağırılıb.

Son xəbərlər