Mojo.az Banner
20:47 Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? - Video  |     20:31 Azərbaycan millisinin rəqibləri müəyyənləşdi  |     20:24 Rəsmi Moskvadan bu ölkələrə xəbərdarlıq  |     20:18 Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı  |     20:14 Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR (FOTO)  |     20:01 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq  |     19:54 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq  |     19:34 Bakıda 5 avtomobildən oğurluq edildi  |     19:28 TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - (FOTO / VİDEO)  |     19:15 Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı  |     18:38 Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR  |     18:31 Bibiheybət yolunda təmir-bərpa işləri yekunlaşdırıldı  |     18:17 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq  |     18:16 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:57 Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular  |     17:28 İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM  |     17:26 Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib  |     17:24 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI  |     17:00 Sabah 21 dərəcə isti olacaq  |     16:57 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub  |    
Left Banner
Right Banner

Nazirlikdən pensiyaların staja görə hesablanması ilə bağlı AÇIQLAMA

16.09.2020 14:23 1 527
Nazirlikdən pensiyaların staja görə hesablanması ilə bağlı AÇIQLAMA
Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ indeksləşdirilir:

“2006-cı ildən sonrakı bütün illərin indeksləşmə əmsalına uyğun olaraq aparılır. 2006-cı ilədək 25 il və ya daha çox stajı varsa, qeyd olunan qaydada kapitala çevrilir və pensiyanın məbləği hesablanır. Hesablanmış pensiyanın məbləği minimum pensiyadan az olduqda minimuma çatdırılmaqla ödənilir.

Yaşa görə minimum kapital tələbi 01.07.2018-ci ilədək bir qəpikdir. Belə ki, 2019-cu ilin yanvarın 1-dən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ildən sonra 2018-ci ilin iyunun 1-dək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edilməklə əmək pensiyası təyin olunur.

Yaşa görə ümumi əsaslarla pensiyanın sığorta hissəsi 01.01.2006-cı ilədək staja əsasən formalaşan kapitalla 01.01.2006-cı ildən sonra ödəmiş olduğu sığorta haqlarına əsasən formalaşan kapitalın cəminin 144-ə nisbəti şəklində hesablanır. Belə ki, əmək pensiyalarının məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin yanvarın 1-dən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir.

Əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan və 2006-cı ildən sonrakı dövr ərzində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır”.

Nazirliyin rəsmisi qeyd edib ki, ümumi əsaslarla yaşa görə pensiya təyinatı üçün vətəndaş pensiya yaşına çatılmalıdır, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir:

“Fərdi hesabın sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə şəxsin azı 25 il sığorta stajı olmalıdır”.

Qeyd edək ki, 2020-ci il iyulun 1-dən pensiya təyin olunması üçün yaş həddi kişilərdə 65, qadınlarda isə 62 yaş müəyyən edilib. Hazırda ölkəmizdə minimum pensiya məbləği 200 manat təşkil edir.скачать dle 11.3
Mojo.az Banner